fbpx
Xəbərlər

İndiyədək 135 uşaq həlak olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 135 uşaq həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, davam edən müharibədə indiyədək 184 uşaq yaralanıb.

Baş Prokurorluğun məlumatına görə, ən çox itkilər Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Zaporojiye, Jitomir, Xerson və Sumidədir.

Bundan əlavə, məlumatda həmçinin bildirilib ki, Ukraynada 566 təhsil müəssisəsi zərər görüb, onlardan 73-ü tamamilə dağıdılıb: “230-dan çox məktəb, 155 uşaq bağçası dağıdılıb. Ən ağır vəziyyət Xarkov, Nikolayev, Sumi, Kiyev, Xerson və Çerniqov regionundadır”, – Prokurorluq bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu