fbpx
Xəbərlər

Qərb Kremlin qərarını rədd etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Almaniyanın ardınca İtaliya da Rusiya təbii qazı üçün rubl ilə ödəniş etməyi rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliyanın “Eni” neft-qaz qrupu açıqlama yayıb. Bildirilib ki, müqavilədə ödənişlərin avro ilə həyata keçirilməsi nəzərdə tutulub. Ona görə də, Rusiya şərtləri birtərəfli qaydada dəyişə bilməz. Almaniya hökumətindən də oxşar açıqlama verilib. Qeyd edək ki, Rusiya Prezidenti Valdimir Putin Moskvanın əleyhinə olan ölkələrə təbii qazın rubl ilə satılmasına qərar verib.

Putin martın 31-dək Nazirlər Kabinetindən və “Qazprom” şirkətindən Rusiyaya “dost olmayan” ölkələrin qaz nəqli üçün ödəniş valyutasının rubla dəyişdirilməsi ilə bağlı hesabat gözləyir. Ekspertlər hesab edir ki, bu, Qərbi sanksiya tətbiq etdiyi rus bankları ilə əməkdaşlıq etməyə məcbur edəcək. Çünki, Avropa ödəniş üçün 20 trilyon 70 milyard rubl tədarük etməlidir. Bu qədər vəsait isə beynəlxalq birjalarda mövcud olmaya bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu