fbpx
Xəbərlər

“Qalibi olacağıma inanıram” – Eurovision 2022 təmsilçimiz Nadir Rüstəmli

BEY.AZ informasiya agentliyi xəbər verir


“Eurovision 2022” mahnı müsabiqəsində Azərbaycanla yanaşı, bütün türk dünyasını təmsil edirəm. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızdan, eləcə də dünya türklərindən dəstək gözləyirəm.

Metbuat.az xəbər verir ki, bu sözləri “AZƏRTAC”a dünyanın ən böyük canlı musiqi tədbiri olan “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli deyib.

“Eurovision” mahnı müsabiqəsinin qalibi olacağıma inanıram. Arzu edirəm ki, “Eurovision” gələn il bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilsin”, – deyə Azərbaycan təmsilçisi vurğulayıb.

Qeyd edək ki, bu gün 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı keçiriləcək (Bakı vaxtı ilə 23:00-da). Turin şəhərinin ev sahibliyi etdiyi və İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da baş tutacaq böyük finalda 25 ölkənin təmsilçiləri öz performanslarını nümayiş etdirəcəklər. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” mahnısı ilə 15-ci nömrə altında çıxış edəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu