fbpx
Xəbərlər

Rus ordusu bu şəhəri tərk etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 26-da rus qoşunları Ukraynanın Kiyev vilayətinin Slavutiç kəndini tərk ediblər.

Metbuat.az “Unian”a istinadən xəbər verir ki, Bu barədə şəhər meri Yuri Fomiçev yayımladığı videomüraciətdə bildirib.

O deyib ki, hazırda şəhərdə Ukrayna bayrağı dalğalanır. “Onlar etmək istədikləri işləri gördülər – şəhəri yoxladılar. Bu gün onu tamamlayıb getdilər. Onlar şəhərdə deyillər”.

Yuri Fomiçev rəsmi yerli hakimiyyət orqanlarının işğalçılarla əməkdaşlıq etdiyinə dair məlumatları təkzib eib.

“Biz işğalçılarla əməkdaşlıq etmirik. Bütün problemlərimizi öz gücümüzlə həll edirik. Bizim heç kimin humanitar yardımına ehtiyacımız yoxdur, hər şeyimiz kifayət qədərdir. Ukraynanın bütün şəhər və qəsəbələrindən bizə kömək edirlər”, – Fomiçev bildirib.

Qeyd edək ki, martın 26-da səhər saatlarında rus hərbçiləri Slavutiçə daxil olaraq xəstəxananı ələ keçirib, mer Fomiçevi qaçırıblar. Ardınca Kiyev vilayət hərbi administrasiyası merin azad edildiyi barədə məlumat yayıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu