fbpx
Xəbərlər

Ruslar əkin sahələrini MİNALAYIR: Dünya TAXIL BÖHRANI astanasında

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynanın müharibə vəziyyətində torpaqlarını əkib-becərməsi əzablıdır”.

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski onlayn qatıldığı Doha Forumunda deyib.

O vurğulayıb ki, Ukrayna dünyanın ən mühüm neft, buğda və qarğıdalı ixracatçılarından biridir:

“Dünya hələ də özünə gələ bilməyib. COVID-19 pandemiyasından sonra indi də ərzaq məsələsi risk altındadır. Ruslar taxıl əkilməsinin qarşısını alır. Ukraynanın torpaqlarını minalayır, kənd təsərrüfatı texnikalarına və yanacaq anbarlarına zərbə vururlar. Limanlarımızı işğal ediblər. Ölkəmizdə kifayət qədər ərzaq var, amma ixracatın qarşısının alınması bir çox ölkələrə ziyan vuracaq. İslam ölkələri, Latın Amerikası ölkələri və digər ölkələr bundan zərər çəkəcək. Biz dünyada taxıl böhranının qarşısını almalıyıq. Rusiyanı sülhə məcbur etmək üçün sanksiyalar tətbiq edilir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu