fbpx
Xəbərlər

Ukrayna hərbi cinayətlər üzrə ilk məhkəməsini BAŞLADIB

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna Rusiyanın işğalı başlayan gündən hərbi cinayətlər üzrə ilk mühakiməsinə başlayıb.

İlgili Makaleler


Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, silahsız mülki vətəndaşı öldürməkdə ittiham olunan 21 yaşlı əsgər müttəhimlər kürsüsünə çıxarılıb. Vadim Şişimarin adlı əsgər Kiyevdə keçirilən ilkin dinləmələrdə iştirak edib. Günahı sübuta yetirilərsə, ona ömürlük həbs cəzası veriləcək.

Prokurorların dediyinə görə, həmin əsgər şimal-şərqdəki Sumi bölgəsində digər əsgərlərlə birlikdə avtomobil oğurlayıb və burada telefon istifadə edən 62 yaşlı velosipedçi ilə qarşılaşıblar. Əsgərlərin yeri ukraynalı hərbçilərə çatdırılmasın deyə ona mülki vətəndaşı güllələmək əmri verilib.

Ukraynanın açıqlamasına görə, Rusiyanın törətdiyi minlərlə hərbi cinayət müəyyən edilib. Rusiya isə mülki şəxslərin hədəf alındığını inkar edib və məhkəmə ilə bağlı heç bir şərh verməyib.

Qeyd edək ki, Ukraynanın Böyük Britaniya və ABŞ kimi bəzi müttəfiqləri Rusiyanı soyqırım törətməkdə ittiham edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu