fbpx
Xəbərlər

Zəngəzur dəhlizinin iqtisadi inteqrasiyada rolu Neapolda təqdim edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Müseyibov İtaliyanın Neapol şəhərində keçirilən Sülh naminə tərəfdaşlıq konsorsiumunun tədqiqat qrupunun tədbirində iştirak edib.

Metbuat.az-a bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, tədbirdə A.Müseyibov “Zəngəzur dəhlizinin regional iqtisadi inteqrasiyada və sülhdə artan rolu” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, Zəngəzur dəhlizi mövcud reallıqlar şəraitində regional iqtisadi inteqrasiya və sülh üçün ən praqmatik və optimal variantdır. Eyni zamanda, bu dəhlizin Azərbaycanın bu vaxta qədər icra etdiyi Bakı –Tbilisi- Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz dəhlizi və s. kimi meqa layihələrdə olduğu kimi qlobal ticarət və enerji dəhlizlərinin effektivliyinə töhfə verdiyi və bütün region ölkələrin marağına uyğun unikal layihə olduğu vurğulanıb.

Görüşlərdə regiondan, o cümlədən Polşa, Yunanıstan, ABŞ, Türkiyə, Avstriya, Sloveniya və digər ölkələrdən olan iqtisadçı ekspertlər Cənubi Qafqazda iqtisadi əməkdaşlıq və inteqrasiya imkanları barədə elmi müzakirələr aparıblar. Müzakirələr zamanı regionun ümumi iqtisadi inkişaf imkanları, həmçinin Zəngəzur dəhlizinin iqtisadi inkişaf və regional inteqrasiyada mümkün perspektivləri haqqında fikirlər səsləndirilib.

Avropanın nüfuzlu beyin mərkəzləri və institutlarının təşkilatçısı olduğu konfransın Vüsal Qasımlı və A.Müseyibovun Zəngəzur dəhlizinə dair həmmüəllifi olduğu araşdırma materialını dərc etməyi planlaşdırır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu