fbpx

ƏƏSMN-nin əməkdaşlarına vəsiqə və medallar təqdim edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilətəltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medallar təqdim edilib.

Metbuat.az-a Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, dövlət qulluğu sisteminin əhaliyə xidmətin yüksək səviyyədə təşkili və vətəndaş məmnunluğuna nail olunması prinsipləri üzərində qurulması dövlətimizin başçısının islahatlar proqramının əsas istiqamətlərindən biridir.

Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə ölkə başçısı tərəfindən daim böyük qayğı göstərildiyi, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 22 iyun 2022-ci il tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi də dövlət qulluqçularının əməyinə verilən yüksək dəyərdir.

S.Babayev təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığını ifadə edib.

Sonra medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin