Ədalət Şükürovun 14 min manatlıq saatı müzakirələrə səbəb oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Əməkdar artist Ədalət Şükürov bahalı saatı ilə gündəm olub.
Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında məclislərdən birində olan görüntülərini paylaşıb. Şükürov qolundakı yeni və bahalı saatı ilə diqqət çəkərək müzakirələrə səbəb olub.
Şükürovun qolundakı aksessuar İsveçrənin məşhur saat markalarından olan “Jaeger-lecoultre”ə aiddir. Qeyri-adi funksiyası ilə seçilən qol saatının qiyməti 8 680 dollardır. (təxminən 14 min 756 AZN)
İfaçının bahalı saatının görüntüləri izləyiciləri tərəfindən maraqla qarşılanıb. Onlar Şükürovun hər zaman bahalı geyim, aksessuar və lüks həyat tərzi ilə diqqət çəkdiyini qeyd ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.