fbpx

ƏDV-nin ləğvi kitabların qiymətini aşağı salacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Belə ki, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.

Metbuat.az xəbər verir ki, “Qanun” Nəşriyyat Evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlu saytımıza bildirdi ki, ƏDV-nin ləğvi kitaba böyük dəstəkdir:

“Bu, çox mütərəqqi bir addımdır. Yanvarın 1-dən vergi məcəlləsinə dəyişikliyin qüvvəyə minməsi ilə bağlı cənab Prezidentin fərmanı var idi. Lakin Nazirlər Kabinetinin qərarı bir az gecikdi. Çox söz-söhbətə olsa da, nəhayət ki, bu, həyata keçdi. Bu qərar bütün kitabsevərlərin bayramıdır, kitaba böyük dəstəkdir. Nəhayət, Azərbaycanda da belə bir mütərəqqi addım atıldı. Təbii ki, ƏDV-nin ləğvi kitabların qiymətini aşağı salacaq. Bütün dövlətlərdə kitablara ƏDV-nin tətbiq olunmaması ilə çağırışlar edilir. Çox dövlətlər arrtıq bundan imtina edib. Bizim də bu qərardan imtina etməyimiz yerinə düşdü. Hər kəsi – həm mətbuat işçilərini, həm də kitabsevərləri təbrik edirəm”.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu