fbpx

Əfv olununan Saleh Rüstəmli hava limanına getdi, ölkəni tərk edir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Əfv sərəncamı ilə azadlığa buraxılan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli Azərbaycanı tərk edir.

Metbuat.az xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov bildirib. Onun sözlərinə görə, Saleh Rüstəmli artıq hava limanınadır. O, tələb olunan şərtə əməl edərək ölkədən gedir.

Xatırladaq ki, S.Rüstəmli həbs olunanadək Rusiyada yaşayıb. O, 2018-ci ildə Bakıya gəldikdə həbs olunmuşdu.

Rüya tabirlerini burdan oku

S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. O zaman onun rəhbərliyi altında Gədəbəydəki Başkənd erməni işğalçılarından təmizlənib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu