fbpx

Əhalidə qalan özəlləşdirmə çeklərinin taleyi necə olacaq?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda 90-cı illərin ikinci yarısında “özəlləşdirmə çekləri” dövriyyəyə buraxıldı. Həmin vaxt çoxları “qara bazar” deyilən yerdə bu istiqrazları dəyər-dəyməzinə satsa da/ bəziləri onları gələcəkdə daha çox baha satmaq ümidi ilə saxlamağa üstünlük verdi.

Son vaxtlar sosial şəbəkələrdə özəlləşdirmə paylarının yenidən dövriyyəyə buraxılacağı ilə bağlı vətəndaşları ümidləndirən məlumatlar yayılıb.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Metbuat.az-a bildirdi ki, sonuncu dəfə 2011-ci il tarixinə kimi müddəti uzadılsa da, hökümətin bununla bağlı hər hansı planı yoxdur.

Rüya tabirlerini burdan oku


“Çox təəssüf hissi ilə bildirim ki, özəlləşdirmə çeklərini saxlayan vətəndaşların həmin o sənədləri əllərində “ölüb”. Onların geri qaytarma ehtimalı yox səviyyəsindədir. Zaman- zaman özəlləşdirmə çeklərininin yenidən istifadə ediləcəyi ilə bağlı məlumatlar yayılsa da, bu tamamilə səhv məlumatlardır. Həmin şəxslər əllərində çeki olan həssas vətəndaşların hisslərindən istifadə edirlər. Onların artıq istifadə müddətinin üzərindən təqribən 12 il vaxt keçib. Sonuncu uzatmadan sonra artıq çeklərin istifadəsi tədavüldən qalxıb. Heç bir gözləntiyə, ümidə ehtiyac yoxdur”.

Özəlləşdirmə çekləri ilə əlaqədar məsələnin hər dəfə belə gündəmə gəlməsinə zəmin yaradan səbəblər olduğunu deyən iqtisadçı-ekspert Pərviz Heydərov Metbuat.az-a bildirdi ki, çeklərin istifadə olunmayan hissəsinin taleyi ilə bağlı dövlət və ya qanunvericilik orqanı tərəfindən heç bir qərar verilməməsi narahatlıq yaradır:

“Həmin çeklərin istifadə müddəti bitməsi haqqında nə elan var, nə də ki, həmin çeklərin istifadə olunmayan hissəsinin nə vaxtsa yenidən dövriyyəyə buraxılacağı haqqında qərar var. Ona görə də zaman-zaman bu məsələ gündəmə gəlir. Görünən odur ki, bir çox vətəndaşın əlində həmin çeklər qalmaqdadır. Onlar bu çeklərin istifadə olunacağına ümid bəsləyirlər. Bu məsələyə konkret nöqtə qoyulmalıdır. Mən özəlləşdirmə çekləri ilə bağlı məsələnin artıq geridə qalmış tarixi bir mövzu hesab edirəm və həmin çeklərin yenidən dövriyyəyə buraxılmasını görmürəm. Hesab edirəm ki, ya Prezidentin sərəncamı, ya da qanunvericilik yolu ilə bu barədə müvafiq bir qərar verilməlidir. Bununlada həmin çeklərin istifadə müddətinin başa çatdığı, yenidən dövriyyəyə buraxılmasının mümkün olmadığı aydın olacaqdır. Qanunvericiliklə bu məsələnin birdəfəlik həlli istiqamətində addımlar atılmalıdır”.

İqtisadçı qeyd etdi ki, özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasında əsas məqsəd vətəndaşların özəlləşdirmə prosesinin birinci mərhələsində yaxından əyani iştirakını təmin etmək idi. Bu dövrün artıq arxada qaldığını bildirən ekspert əlavə edib ki, bundan sonra ölkədə iri özəlləşdirmə həyata keçirilib:

“İndi o sahələrin özəlləşdirilməsindən söhbət gedə bilər ki, bu sahələrdə vətəndaşaların iştirakı deyil, iri miqyaslı xarici investorların və yerli sahibkarların iştirakının yüksək səviyyədə təmin olunması təşkil edilməlidir. Çünki yenidən o çeklər dövriyyəyə buraxmaqla burada nə vətəndaşlar, nə də dövlət iqtisadi divident əldə edə bilər. Yaxşı olardı ki, vətəndaşların əllərində qalan çeklərin nağd pul qarşılığında və yaxud digər vasitələrlə dəyərinin məbləği qaytarılsın”.

Mövzu ilə bağlı Metbuat.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılması məsələsi bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılıb:

“Özəlləşdirmə çeklərinin yenidən istifadə edilməsi ilə bağlı fikir yoxdur. Təklif olunmasına rəğmən məsələ ilə bağlı müsbət qərar verilmədi. Özəlləşdirmə Azərbaycanda faktiki olaraq başa çatıb. Çeklərdən istifadə edilməsinə dair yalnız dövlət başçısı sərəncam verə bilər. Belə bir sərəncam verilərsə, o zaman çeklərdən istifadə mümkündür. Ola bilər ki, nə vaxtsa hökümət həmin çeklərdən istifadə ilə bağlı yeni bir qərar versin amma hazırda bu müzakirə mövzusu deyil”.

Vahid Əhmədov bildirdi ki, hazırda çeklərin yenidən istifadəyə yararlı olacağı ilə bağlı əhali arasında yanlış fikirlər yayan şəxslər var. Vətəndaşlar onlara inanıb ümidlənirlər. Millət vəkili qeyd etdi ki, sözügedən məsələ artıq bizim yox, hökumətin verəcəyi qərardır.
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)-nin məlumatına görə isə, Azərbaycan Respublikası Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Artıq özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil. Bu çeklərin yenidən dövriyyəyə buraxılacağına məsələsi ilə bağlı ƏMDX-dən bildirilib ki, belə xəbərlər şaiyə xarakteri daşıyır və mahiyyətcə insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş bir addım kimi dəyərləndirilir.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”mövzusu üzrə dərc olunub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Əhalidə #qalan #özəlləşdirmə #çeklərinin #taleyi #necə #olacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu