fbpx

Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 18-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov ölkədə gənclərin inkişafı istiqamətində görülən işlərdən, könüllülük hərəkatının müxtəlif sahələrə verdiyi töhfələrdən və yaratdığı müsbət nəticələrdən, media sahəsində kadr potensialının artırılmasından, gənclərin müasir media mühitinin tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinin əhəmiyyətindən danışıb. O, gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.

Görüş struktur bölmə rəhbələri və könüllülər arasında müzakirə ilə davam edib.

Qeyd edək ki, MEDİA könüllüləri proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaqdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Əhməd #İsmayılov #MEDİA #könüllüləri #ilə #görüşüb

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin