“Ələ keçirdiyimiz ərazi üç Belçika qədərdir”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Əvvələr Ukraynanın nəzarəti altında olan, bu gün isə Rusiya Federasiyasının tərkib hissəsinə keçən ərazilərin ümumi sahəsi üç Belçika qədərdir”.
Metbuat.az xəbər verir ki, bu fikirlərlə “Rossiya 1” telekanalının efirində erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan çıxış edib.
“Üç Belçika qədər ərazi Rusiyanın tərkibinə qatıldı. Siz bu əməliyyatın böyüklüyünü anlayırsız? İndi ən çətini bundan sonra başlayır. Bu əraziləri qoruya biləcəyikmi? Bu sizin üçün Qazaxıstana gedib hansısa üsyanı lokalaşdırmaq deyil. Rus ordusu bu tip tapşırıqların öhdəsindən gəlirdi. Amma indi baş verənlər tam fərqlidir. Siz bir ərazilərin miqyasına baxın. Sözsüz ki, Rusiyaya çətin olacaq”, – deyə Simonyan qeyd edib.
Onun sözlərinə əsasən, Gürcüstanda olan əməliyyat zamanı da rus ordusu demək olr ki, Tiflisə qədər getmişdi, amma sonradan geri çəkilmək əmri gəldi: “O zaman sözsüz ki, məqsədlər başqa idi”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.