Ələt-Astara magistralında QƏZA: Ölən var
BEY.AZ informasiya agentliyi xəbər verir
Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı 99 JT 145 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüssi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.