fbpx

Əli Əsədov Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Baş nazir Əli Əsədov fevralın 25-də Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşat ilə görüşüb.

Metbuat.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Misir dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Bakı şəhərində keçirilən Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyasının 5-ci iclasının və Azərbaycan-Misir biznes forumunun iki ölkə arasında ticarət-iqtisadi, investisiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycan ilə Misir arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin