fbpx

Əliabad-Xırmandalı-Bəydili avtomobil yolu yenidən qurulur

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunu yenidən qurur.

Metbuat.az-a Agentlikdən verilən xəbərə görə, uzunluğu 11 km təşkil edən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 6 metrdir və IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.

Uzun illər istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi. Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 4 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.

Rüya tabirlerini burdan oku

Layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı materialı tökülərək torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılır. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşa edilir. Artıq yolun 3 km-lik hissəsində sadalanan işlər yekunlaşdırılaraq 2 qat, yolun 2 km-lik hissəsində isə 1 qat asfalt-beton örtüyü döşənib.

Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balhari çayı üzərində uzunluğu 10, eni 9 metr və yolun 5-ci km-də uzunluğu 20, eni 2,50 metr olmaqla 2 ədəd suötürücü qurğu tikilib. Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və istifadəyə veriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu