fbpx

Əliyev Brüssel görüşündə Bakının “qırmızı xətti”ni qəbul etdirə bildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçirildi.

Metbuat.az xəbər verir ki, görüşün detallarını şərh edən millət vəkili Sahib Əliyev bildirdi ki, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Paşinyana başa saldı ki, təkcə regionda deyil, Avrasiyada gedən proseslər, özəlliklə də RusiyaUkrayna savaşında yaranmış vəziyyət onlara forpostcasına davranış, yəni sözdə sülhə hazır olduqlarını bildirib, əməldə “mərkəz”in diqtəsiylə hərəkət etmək üçün yer qoymur. Deputat onu da vurğuladı ki, Brüssel görüşünün nəticəsiz bitməyəcəyi haqda bir çoxları kimi onda da müəyyən nikbinlik vardı. Sonra Ermənistan rəhbərliyinin bəzi açıqlamaları və İrəvanda təşkil olunan etiraz aksiyası bu nikbinliyi tam aradan qaldırmasa da, xeyli azaltdı.

Sahib Alıyev: “İnanmıram ki, Ermənistan bundan sonra mina xəritələrinin  verilməsi ilə bağlı müsbət addımlar atsın“

Rüya tabirlerini burdan oku

“Görüş sonrası açıqlamada da vurğulandığı kimi, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatında əksini tapan bütün məsələlər yerinə yetirilməlidir. Brüssel danışıqlarının nəticəsi haqda Azərbaycan və Ermənistan rəhbərlərinin deyil də, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin açıqlama verməsi onu göstərir ki, tərəflərin tam razılığa gəlmədiyi məsələlər də qalır. Əsas odur ki, sülh danışıqları hazırlığı görmək üçün hər iki ölkənin xarici işlər nazirlərinə konkret tapşırıq verilib və sərhədlərin delimitasiyasıyla bağlı bu ayın sonuna kimi ikitərəfli komissiyanın yaradılması planlaşdırılır. Bir sözlə, əgər Ermənistan yenə forpostcasına davranmasa, Brüssel danışıqları regionun postkonflikt dövründən barış dövrünə keçməsi yönündə yaxşı perspektivlər vəd edir”.

Politoloq Elçin Mirzəbəyli Metbuat.az-a bildirdi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel gərginliyin aradan qaldırılması üçün sıx əməkdaşlıq etmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın qurulmasına kömək etmək məqsədilə Aİ-nin Ermənistan və Azərbaycan ilə əməkdaşlığını dərinləşdirməyə sadiqliyini təsdiqləyib.

“Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa prezidenti Makronla videokonfransdan sonra baş verənlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişatını nəzərdən keçiriblər. Tərəflər gərginliklə bağlı son məlumatları müzakirə edib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiqləyiblər. Onlar 2022-ci il martın 30-da Aİ-nin himayəsi altında Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların lazımi səviyyədə həyata keçirilməsini təmin etmək üçün bu qarşılıqlı fəaliyyətin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Prezident Mişel etimad və yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfdən humanitar jestlərin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin, o cümlədən saxlanılanların azad edilməsi və itkin düşənlərin probleminin hərtərəfli həllinin tam və tezliklə həllinin vacibliyini vurğulayıb və Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib. Aİ, həmçinin Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, habelə humanitar minatəmizləmə səylərini, o cümlədən ekspert məsləhətinin verilməsi və maliyyə yardımının artırılması, habelə münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işləri yolu ilə dəstəkləməyə davam edəcək”.

Ekspertin sözlərinə görə, sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq. Bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Prezident Mişel həmçinin vurğulayıb ki, qüvvələrin düzgün məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınmasında və gərginliyin azaldılmasında mühüm elementdir.

Siyasi şərhçi Asif Nərimanlı isə qeyd etdi ki, yekun bəyanat görüşün ümumilikdə Bakının maraqlarına uyğun keçdiyini göstərir:


“Bəyanatda Qarabağın adı çəkilmir, ümumiyyətlə “münaqişə” haqda heç bir qeyd yoxdur: münaqişənin həll edildiyi reallığı Avropa masasında bir daha qəbul edildi. ATƏT-in Minsk qrupundan bəhs edilmir, Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilir: bu, Minsk qrupu formatının faktiki olaraq sıradan çıxması və yerini Aİ-yə verməsi deməkdir. Sülh sazişinin hazırlanması prosesi İrəvanın istədiyi kimi Minsk qrupu çərçivəsində yox, ikitərəfli formatda həyata keçiriləcəkdir. Əsas vurğu postmünaqişə dövrünə dairdir. Bura iki ölkə arasında etimad mühitinin yaradılması, humanitar məsələlərin həlli, kommunikasiyaların bərpası və s; daxildir. İstisna deyil ki, 4 saatlıq görüşdə Paşinyan Qarabağın “statusu” məsələsini masada irəli sürüb. Çünki yekun bəyanatda bu haqda heç bir qeydin olmaması, ümumiyyətlə bu məsələyə yaxın olan Qarabağ və Minsk qrupundan bəhs edilməməsi Əliyevin Bakının “qırmızı xətti”ni qəbul etdirə bildiyini göstərir”.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu