“Əmək və Məşğulluq” altsistemi istifadəyə verilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsistemini (ƏMAS) istifadəyə verib.
Metbuat.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan köklü sosial islahatların əmək və məşğulluq sahələrini də əhatə etdiyini vurğulayıb.
O qeyd edib ki, son illərdə innovativ həllərin geniş tətbiqi şəraitində məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaşdırılması üçün ardıcıl layihələr icra olunub:
“Bu gün isə ƏMAS-ın istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə keçilir. Yeni altsistemin tətbiqi əmək münasibətlərində köklü dəyişiklikləri nəzərdə tutur. ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdırır. Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur”.
Daha sonra Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ƏMAS-a dair təqdimatla çıxış edib.
Onun szölərinə görə, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS əmək münasibətlərini tənzimləyəcək:
“İşəgötürənlərin fəaliyyətini təmin edəcək bölmələrdə işəgötürənin kabineti, təşkilatın profili, strukturu, fəaliyyət sahəsi, hüquqi ünvanı, nizamnaməsi, ştat məlumatları və s. barədə informasiyalar əhatə olunacaq. Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.
ƏMAS işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq. Bu e-platforma özündə ölkənin məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş karyera portalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri əhatə edəcək. ƏMAS qeyri-formal məşğulluğa e-nəzarət sisteminin də təkmilləşməsinə imkan verir. Altsistem risk əsaslı e-auditin aparılmasına (fiziki yoxlamaların azaldılmasına), e-birja və e-peşə təliminə, məşğulluğa cəlb olunmanın çevik təşkilinə və s. də imkan yaradır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.