fbpx

Əməkdar artist 14 yaşlı qız üçün üsyan etdi

Rüya Yorumları burda

“Bir neçə gün bundan əvvəl, Bərdə rayonunda 4 nəfər tərəfindən cinsi zorakılığa məruz qalan 14 yaşlı qızın məsələsi ölkə gündəminə oturmuşdu. Bu gün sosial şəbəkədə oxuyuram ki, ailənin vəkili Ruhəngiz Quliyeva açıqlama verib. Qızın kiçik bacısı ona zəng edərək ağlayıb. Kənddə qalmaq və orada məktəbə getmək istəmədiyini deyib”.

BEY.AZ yazır ki, bu sözləri instaqramda Əməkdar artist Mehriban Xanlarova paylaşıb. 

O, Bərdədə cinsi zorakılığa məruz qalan azyaşlıdan yazıb:

“Səbəb isə kənddəki bəzi insanlar tərəfindən onların linç edilməsi və onlara yuxarıdan aşağı baxmalarıdır. Hətta təcavüzə məruz qalan qıza ölüm arzulayırlar. İndi qıza ölüm arzulayan və onun ailəsini cəmiyyətdən kənarlaşdırmaq istəyən ağzıgöyçəklərə sual verirəm. Sizin ailənizdə, nəslinizdə qız uşağı böyümür? Nə bilirsiniz ki, gələcəkdə başlarına hansısa şərəfsiz tərəfindən bu hadisə gəlməyəcək? Hansı oğlanın, kişinin alnında pedofili, manyak olduğu yazılıb? Həmin qız ömrü boyu unuda bilməyəcəyi travma yaşayıb. Bir tərəfdən də sizin aşağılayıcı gözləriniz, sözləriniz ilə mübarizə apara biləcək gücdə deyil… Həmin kəndin sakinlərindən xahiş edirəm ki, qıza mənəvi dəstək olaraq, həyata adaptasiya etsinlər. Cəmiyyət olaraq, yıxılanın yanında olmalıyıq! Bu epizod isə 1989-cu ildə oynadığım “Sahilsiz Gecə” filmindədir. Filimin üzərindən illər keçsə də, cəmiyyətdə haqqsızlığa məruz qalan qadına qarşı münasibət dəyişlməyib”.

Rüya tabirlerini burdan oku

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu