fbpx

Əməkdar artistin qızı danışdı: “Ortada səs yazıları, mesajlar var”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Əməkdar artist Cavanşir Məmmədova qarşı dələduzluqda təqsirləndirilən Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi keçirilib.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ifadə verib.

Onun vaxtilə münasibətdə olduğu, evlənmək qərarı verdiyi Türkiyə vətəndaşı Mustafa İbili ilə bağlı iş üzrə şahid qismində adı keçir.

Rüya tabirlerini burdan oku

İttihama görə, Mustafa İbili hazırda təqsirləndirilən şəxs statusundadır və həbsdə olmasa da, bu məhkəmədə mühakimə olunur. Cavanşir Məmmədov da onun ittiham edildiyi dələduzluq işi üzrə zərərçəkmiş qismində tanınıb.

Cavanşir Məmmədov və ailə üzvləri iddia edib ki, Mustafa İbili onların 130 min dollardan çox pulunu ələ keçirib.

Mustafa İbili isə əksinə, bu ailənin ona böhtan atdığını deyib. Onun sözlərinə görə, Türkiyədəki evini də satıb, Xatirə Məmmədova üçün zinət əşyaları və başqa hədiyyələrə, birlikdə yaşayacaqları ev və əşyalarına xərcləyib.

Məhkəmədə dindirilən Xatirə Məmmədova deyib ki, istintaqda verdiyi ifadəsini təsdiqləyir. Onun sözlərinə görə, Mustafa İbili dəfələrlə onun özündən də, qızından da pul alıb və həmin pulları ələ keçirib. O deyib ki, bir sıra hallarda pullar bank vasitəsilə göndərilib, bunu təsdiqləyən sənədlər də var.

Məhkəmə iclasının gedişində Cavanşir Məmmədov tanınmış müğənni olduğunu, dünyanın müxtəlif ölkələrində konsertlər verdiyini deyib, burada ailədaxili məsələlərin müzakirə olunduğunu vurğulayıb, prosesin qapalı keçirilməsini istəyib.

Hakimlər qərar verib ki, Xatirə Məmmədovanın dindirməsinin bir hissəsi qapalı keçirilsin. Bundan sonra prosesi izləyənlər məhkəmə zalından çıxarılıb.

Məhkəmə iclasının açıq keçirilən hissəsində isə Xatirə Məmmədova Mustafa İbilinin vəkilinin suallarını cavablandırıb. Xatirə Məmmədova İbilinin ona bahalı hədiyyələr alması haqda dediklərini inkar edib. Bu zaman vəkil bildirib ki, ortada konkret sübutlar, səs yazıları, mesajlar var.

Mustafa İbili Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib.

Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Əməkdar #artistin #qızı #danışdı #Ortada #səs #yazıları #mesajlar #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu