fbpx

Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları HƏBS EDİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən ilin sonunda apardığı araşdırmalar zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin bəzi əməkdaşlarının qanunsuz əməllərə yol verdiyi məlum olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə aidiyyəti üzrə Baş Prokurorluğa məlumat verilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı Abşeron Ərazi İdarəsinin bir neçə əməkdaşı həbs edilmiş, barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

“Vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın artırılması tədbirlərini aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində davam etdiriləcək”, – deyə Dövlət Xidməti bəyan edib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin