Ər-arvadı şantaj edərək pul alan keçmiş məhkum saxlanılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Şuşa şəhər sakini olan bir kişi özünün və həyat yoldaşının barələrində rüsvayedici məlumatların yayılması ilə hədələnərək ondan 200 manat pul alınmasını bildirib.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Siyəzən şəhər sakini, əvvəllər dələduzluğa görə məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılıb.
Siyəzən RPŞ-də araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.