Ərdoğan 200 nəfərlik heyətlə bu ölkəyə gedir
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən ibarət Körfəz turu başlayır.
Metbuat.az xəbər verir ki, Ərdoğan ərəb ölkələrinə böyük heyətlə gedir. Türkiyə mediasının məlumatına görə, bəzi nazirlər və dövlət rəsmiləri ilə yanaşı Ərdoğanı 200 iş adamı müşayət edir. Məlumata görə, Körfəz turu çərçivəsində Ərdoğanın iştirakı ilə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də biznes forumu təşkil ediləcək. Səfər öncəsi açıqlama verən Ərdoğan deyib:
“Dostlarımı əvvəlcədən göndərdim. Onlar Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini ziyarət etdilər. Biz də heyətlə gedəcəyik. Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edərək, onlarla hər cür əlaqələri gücləndirmək istəyirik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərdoğan #nəfərlik #heyətlə #ölkəyə #gedir