Ərdoğan fikrini dəyişdi: Türkiyə yazılı zəmanət istəyir
BEY.AZ informasiya agentliyi xəbər verir
“Finlandiya və İsveç heyət göndərmək istədi. Prezidentimiz də qəbul etdi”.
Metbuat.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Türkiyə PYD/YPG təşkilatının necə terror qruplaşması olduğuna dair sənədlər hazırlayır. Diplomatın sözlərinə görə, Türkiyə müdafiə sənayesinə dair qadağaların ləğvini tələb edir.
“Qəti addımlar atılmasını tələb edirik. Arzularla olmaz. İsveç və Finlandiya terrora dəstəyi dayandırmalıdır. Qəti addımların atılacağına dair yazılı consensus istəyirik” – deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Finlandiya və İsveçdən heyətin gəlməsinə ehtiyac olmadığını bildirmişdi. Ərdoğan bəyan edib ki, Finlandiya və İsveç əvvəlcə Türkiyəyə qarşı siyasətini dəyişməlidir
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.