fbpx

Ərdoğan niyə hər kəsi dəyişdi?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb. Prezident R.T Ərdoğan keçirdiyi mətbuat konfransında bildirdi ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan xarici işlər naziri, general Yaşar Gülər Milli Müdafiə naziri, İbrahim Kalın isə MİT rəhbəri təyin edildi.

Kabinent dəyişikliyinin səbəbləri və yeni dəyişikliyin Türkiyə üçün perspektivləri ilə bağlı Metbuat.az Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz ilə söhbətləşib. Həmin müsahibəni təqdim edirik:

– Yücel bəy, Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin tərkibini niyə dəyişdi?

Rüya tabirlerini burdan oku

Yeni nazirlərin seçimi bayraq dəyişimi kimi xarakterizə olunur. Bu dəyişiklik keçmiş nazirlərinin sahələrində uğursuz olduğu anlamına gəlməməlidir. Keçmiş nazirlər hazırda hamısı millət vəkili kimi fəaliyyətlərini davam etdirəcəklər. Bununla yanaşı, onlar Xarici və Milli Müdafiə komissiyalarında da, Türkiyəyə xidmət edəcəklər.

– Yeni kabinetin tərkibi açıqlanan zaman keçmiş Baş Qərargah rəisi Yaşar Gülərin Müdafiə naziri seçilməsi olduqca maraq yaratdı. Yaşar Gülərin nazir postuna gəlişi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığına necə təsir edə bilər?

Yaşar Gülər – Türkiyə Müdafiə naziri

Bildiyiniz kimi, Səhiyyə və Turizm Nazirləri hazırda vəzifələrinin başındadırlar. Onlar xaricində 16 nazir dəyişildi. Baş Qərargah rəisi vəzifəsini icra edən Yaşar Gülər Müdafiə naziri oldu. Türkiyə Silahlı Qüvvələrində bir çox yerdə xidmət edən Y.Gülər 2009-2010-cu illərdə Xəritəçəkmə Baş Komandanlığı, 2010-2011-ci illərdə 4-cü Korpus Komandanlığı, 2011-2013-cü illərdə Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. 2017-2018-ci illərdə Quru Qoşunlarının komandanı, son olaraq isə 09 iyul 2018-ci il tarixli Prezidentin sərəncamı ilə Baş Qərargah rəisi təyin edilib. Yaşar Gülər həm qərargahda, həm də sahədə öz texnikası, biliyi, koordinasiya qabiliyyəti, keçmiş təcrübəsinə malik Azərbaycan, Türk dünyası aşiqi liderdir. Keçmiş Müdafiə naziri Hulusi Akar dövründə Azərbaycan-Türkiyə Müdafiə Sənayesi sahəsində böyük irəliləyişlər oldu. Hesab edirəm ki, Yaşar Gülər götürdüyü bayrağı daha da yüksəklərə daşıyacaq. O, Baş Qərargah rəisi olduğu müddətdə Türkiyə-Azərbaycan hərbi əlaqələrinin hər sahədə inkişafına böyük töhfələr verib. Mən inanıram ki, NATO-nu tanıyan general kimi Yaşar Gülər dünyanın hərbi liderləri ilə müsbət konstruktiv dialoqları, təhlil və sintez qabiliyyəti, qərar qəbul etmək bacarığı sayəsində vəzifəsində böyük uğurlara imza atacaqdır.

– Yücel bəy, Azərbaycanı ən çox maraqlandıran isimlərin arasında Hakan Fidan da var. Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan kimdir? İki dövlət arasında münasibətlərdə rolu necə olacaq?

Hakan Fidan – Türkiyə Xarici İşlər naziri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 iyun 2023-cü ildə açıqladığı yeni kabinetdə keçmiş MİT başqanı Hakan Fidan xarici işlər naziri təyin olundu. H.Fidan Akademik təhsilini Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyində, BMT-nin Cenevrədəki Silahsızlanma İnstitutunda və Londondakı Verification Technologies Araşdırma Mərkəzində davam etdirib. Hacettepe və Bilkənd universitetlərində akademik vəzifəsində də çalışıb. Fidan həmçinin 2001-ci ildən NATO-nun Çevik Hərəkət Korpusunun Almaniyadakı qərargahında çalışıb və 2 il Avstraliya Türkiyə səfirliyində baş siyasi və iqtisadi məsləhətçi vəzifəsini icra edib. 2003-cü ildə Türkiyə Baş nazirliyində Türk Əməkdaşlıq və İnkişaf İdarəsinə təyin edilib. Hakan Fidan 15 aprel 2010-cu ildə Milli Kəşfiyyat Təşkilatının müşaviri vəzifəsinə təyin edilib. O, Əmrə Tanerin səlahiyyət müddəti bitdikdən sonra, 25 may 2010-cu ildə MİT-in müşaviri vəzifəsinə təyin edilib. Bununla da o, Türkiyə Cümhuriyyətinin ən gənc MİT müşaviri kimi tarixə düşüb. Ümumiyyətlə, Hakan Fidanın son 20 ildəki fəaliyyətlərinə nəzər saldıqda onun uğurlu bir nazir seçimi olduğunu görmək elə də çətin deyil. Hesab edirəm ki, H.Fidan Türkiyə-Azərbaycan və Türk dünyası münasibətlərinə xüsusi töhfə verən keçmiş nazir Mövlud Çavuşoğlundan aldığı bayrağı daha da yüksək maraqlar naminə zirvələrə daşıyacaqdır. Hakan Fidan Prezident Ərdoğanın ən yaxın və güvəndiyi şəxslərdən biridir. O, FETÖ terror təşkilatına qarşı mübarizədə xüsusi fərqlənmiş türk bürokratlarından öndə gedənlərdən olub.

Eyni zamanda Daxili İşlər Naziri olan Ali Yerlikaya çox təcrübəli bürokratdır. Xüsusilə terrorla və mühacirlə mübarizədə Süleyman Soyludan aldığı postun yükünü daşımaq gücündədir. Ümumiyyətlə, yeni nazirlərin təyinatının Türkiyə- Azərbaycan, Türk dünyası və Türkiyənin regional və qlobal inkişafına faydalı və xeyirli olacağı qənaətindəyəm.

– Müsahibə üçün təşəkkür edirəm.

Mən də təşəkkür edirəm, uğurlar.

Gülbəniz Hüseynli / Metbuat.az





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərdoğan #niyə #hər #kəsi #dəyişdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu