Ərdoğan Nobel Sülh mükafatına layiq görülə bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
Hollandiyanın nüfuzlu qəzeti “Algemeen Dagblad” Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik rolunu təqdir edib.
Metbuat.az xəbər verir ki, qəzetdə yayımlanan məqalədə tərəflər arasında sülhün təmin edilməsi üçün Prezident Rəcəb Tayyib Ərdoğanın göstərdiyi səylərə diqqət çəkilib. Müəllif qeyd edib ki, Ərdoğan müharibənin başa çatması üçün böyük işlər görür. Müəllifin sözlərinə görə, İstanbulda keçirilən görüşdən sonra həm Rusiya, həm də Ukrayna tərəfinin müsbət bəyanatlar səsləndirməsi görüşün nə qədər məhsuldar keçdiyini ortaya qoyur.
Müəllifə görə, Ukraynadakı müharibənin başa çatmasında göstərdiyi səylərə və sülhün təmin olunmasında gördüyü işlərə görə Ərdoğan Nobel Sülh mükafatına layiq görülə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.