fbpx

Ərdoğan planetin, Zelenski xalqınının qəhrəmanına çevriləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxşı bilir ki, müdaxilə edilməsə RusiyaUkrayna arasında olan gərginlik üçüncü dünya müharibəsinə çevrilə bilər. Əgər Ərdoğan bu hərbi əməliyyatları dayandırsa təkcə xalqının deyil, planetin qəhrəmanı olacaq. Bu isə onun növbəti prezident seçkilərində qalib gəlməsi ciddi divident rolunu oynayacaq”.

Bu fikirləri Metbuat.aza Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib. Ekspertin şərhinə görə, Ankara həm də regional əməkdaşlıq baxımından savaşın uzanmamasını istəyir. Əgər müharibə davam etsə, Türkiyə tərəf seçmək məcburiyyətində qala bilər ki, bu da Ərdoğan üçün arzuolunan deyil.

Bəs tərəflər arasında görüş ümidverici gələcək vəd edirmi?

“Çox güman, sabahkı görüş konstruktiv keçəcək. Çavuşoğlu tərəflər arasında razılığın əldə olunmasına çalışacaq. Türkiyəli nazir hər iki həmkarının maraqlarının təmin olunmasına səy göstərəcək. Onun çətin olsa da, bunu bacaracağına inanmaq olar. Çünki dediyimiz kimi, sülh hər iki tərəf üçün artıq zərurətə çevrilib. Türkiyə həm Rusiya, həm də Ukrayna ilə “dil tapa bilən” nadir ölkələrdəndir. Daha bir vacib məqam isə odur ki, Putin də, Zelenski də Ərdoğana asan “yox” deməzlər. Onların Türkiyə liderinin mövqeyindən imtina etmələrindən ötrü çox ciddi səbəb olmalıdır.
Bu mənada sabahkı görüş, yəqin ki, gərgin və uğurlu keçəcək”.

Kənan Novruzov qeyd etdi ki, tərəflər şifahi olsa da, müəyyən razılığa gələ bilərlər. Bu konsesus Ukraynanın NATO- ya üzvlükdən imtina etməsi qarşılığında Rusiya qoşunlarının ölkədən çıxarılması kontekstində ola bilər.

“Çox güman, görüşdən sonra Ukraynada durum stabilləşəcək. Rusiya ordusu müvəqqəti olsa da, geri çəkiləcək, əməliyyatları dayandıracaq.
Beləliklə, ayrı- ayrı Qərb liderlərinin bacarmadığını Türkiyə bacaracaq. Bu addımı ilə də, Ərdoğan mahir diplomat adını bir daha tarixə yazacaq. Zelenski də xalqının qəhrəmanı kimi yaddaşlarda qalacaq. Rusiya hakim dairəsində, xüsusilə hərbi elitasında islahatlar gözlənilir. Müharibə dayansa, Kreml uğursuzluqla üzləşəcək. Savaşdan qazandığı nəsə olmayacaq. Artıq Moskva iqtisadi baxımdan çox şey itirib”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin