Ərdoğan Sinan Oğan barədə qərarını açıqladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ATA” ittifaqının namizədi Sinan Oğanla mümkün əməkdaşlıqdan danışıb.
Metbuat.az xəbər verir ki, Ərdoğan Sinan Oğanın təkliflərini qəbul etməyəcəyini bildirib. Ərdoğanın sözlərinə görə, seçkilərin ikinci turunu hansısa siyasətçi yox, Türkiyə xalqı həll edəcək.
Qeyd edək ki, müxalifətin namizədi Kamal Kılıçdaroğlunun Sinan Oğanın dəstəyi qarşılığında ona nazirlik təklif etdiyi bildirilir. Məlumata görə, Sinan Oğan da Kılıçdaroğlu kimi suriyalı qaçqınların Türkiyədə qalmasından narahatdır. Kılıçdaroğlu seçkidə qalib gələcəyi təqdirdə Sinan Oğana qaçqın məsələləri üzrə yeni nazirliyin yaradılmasını və nazir vəzifəsinə özünün gəlməsini təklif edib.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərdoğan #Sinan #Oğan #barədə #qərarını #açıqladı