Ərdoğana İmam Buhari ordeni təqdim edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İmam Buhari ordenini təqdim edib.
Metbuat.az “Haber Globa”a istinadən xəbər verir ki, orden Türk Dövlətləri Təşkilatlarının 9-cu Zirvə Toplantısından öncə Prezidentlər arasında keçirilən görüşdən sonra təqdim edilib.
Ərdoğan ordenin verilməsindən qürur hissi duyduğunu ifadə edib:
“Bu ordenin mənə verilməsi hər mənada münasibətlərimizin konkret təzahürüdür. Mən bu mükafatı ölkələrimiz arasında əbədi qardaşlığın simvolu kimi qəbul edirəm. İmam Buharinin adını daşıyan bir universitetin burada yaradılması müsəlmanlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu ordenə görə əziz qardaşım Şavkat Mirziyoyevə minnətdarlığımı bildirmək istəyirəm. Mən tam əminəm ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağıq. İmam Buhari Universiteti çox mühüm elm və cazibə mərkəzi olacaq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.