fbpx

Ərdoğandan KRİTİK AÇIQLAMA: “Oynanılan oyunları pozduq”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“2023-cü ildən sonra Türkiyə tamamilə fərqli bir dövrə qədəm qoymuş olacaq”.

Metbuat.az “TRT Haber” istinadla xəbər verir ki, bunu ölkə lideri Rəcəb Tayyib Ərdoğan Dolmabahçedə şəhid ailələri ilə verilən iftar yeməyində çıxış edərkən deyib.

Onun sözlərinə Ramazan ayları koronavirus epidemiyasına görə kədərli keçirilib:

Rüya tabirlerini burdan oku

“İnşallah, bir neçə ay ərzində bunu gündəmimizdən çıxarmağı hədəfləyirik”.

“Biz sıx siyasi, iqtisadi və tarixi əlaqələrimiz olan Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün böyük səylər göstəririk.

Suriyada daha əvvəl gördüyümüz humanitar faciələr Ukraynadakı kimidir. Bu cədvəl bizə Vətənimizi qorumağın vacibliyini bir daha göstərdi”, – Ərdoğan qeyd edib.

“Oynanılan oyunları pozduq”

“Dünyanın ən köklü ənənəsi olan, dünyanın ən möhkəm birliyi olan bir xalq olaraq özümüzü heç vaxt bu vəziyyətə salmamışıq və qoymayacağıq.

Millətimizlə birlikdə üzərimizdə oynanılan oyunları bir-bir pozduq. Gələcəyimizə xələl gətirmədik. Küçələri qarışdırmaq, ölkəni od və qan içində boğmaq istəyənlərə imkan vermədik, verməyəcəyik.

İqtisadiyyatımızda gözü olanlara qarşı var gücümüzlə mübarizə aparırıq. İnşallah, biz bu mübarizəni uğurla yekunlaşdırıb ölkəmizi dünyanın ən güclü 10 iqtisadiyyatı sırasında yerləşdirəcəyik.

Təbii ki, çətinliklərimiz var. Ancaq unutmayın ki, bizim də imkanlarımız var. Təbii ki, bizim problemlərimiz var. Ancaq unutmayın ki, ümidimiz daha böyükdür. Hər şeydən əvvəl əlimizdə olanların qədrini bilməliyik.

Dünya iqtisadi sarsıntıların gətirdiyi işsizlik ağrısını çəkərkən, biz məşğulluq, istehsal və ixracatımızla hədəflərimizə doğru addım-addım irəliləyirik. 2023-cü ildən sonra Türkiyə tamam başqa bir dövrə qədəm qoymuş olacaq.

İnanırıq ki, şəhidlərimizə, qazilərimizə rəhmət borcumuzu ödəməyin ən yaxşı yolu ölkəmizin 2023 hədəflərinə çatmaq və 2053 baxışını gənclərimizin öhdəsinə buraxmaqdır”, – Ərdoğan bəyan edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu