fbpx

Ərdoğanın səhnəyə çıxardığı uşaq Kılıçdaroğlunu TƏHQİR ETDİ: Partiya sədrinin reaksiyası GÜNDƏM OLDU

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı açılış mərasimində səhnəyə çıxan azyaşlı uşağın CHP lideri Kılıçdaroğlunu “xain” adlandırması böyük rezonansa səbəb olub.

Metbuat.az xəbər verir ki, hadisədən sonra Kılıçdaroğlu xəbərdarlıq edərək bildirib ki, azyaşlı uşaqları belə çirkin oyunlara alət etmək onların saf qəlbini incidə bilər.

“Xahiş edirəm, balaca uşağımızla bağlı xəbəri paylaşmayın, pis söz söyləməyin. O, hələ balacadır. Hamıdan xahiş edirəm, hisslərimizə qapılmadan uşaq pedaqogikası nə deyirsə, ona əməl edin. Qoy onlar saf və məsum qalsınlar!”.

Bu hadisəyə CHP partiyasının əksər üzvləri, siyasətçilər birmənalı olaraq kəskin etiraz bildirərək uşaqların belə oyun siyasi oyunlara cəlbini qınayıblar.

Kılıçdaroğlu daha sonra jurnalistlərə açıqlamasında deyib ki, həmin anların əks olunduğu video onu dərindən məyus edib. Hətta dostlarına deyib ki, paylaşımları silsinlər. Çünki balaca uşağın bu davranışlarında heç bir qəbahət yoxdur.

” Mənim bütün cəhdlərim övladlarımıza gözəl Türkiyə qoymaqdır. Kindən, qəzəbdən uzaq, hamını sevgi ilə qucaqlayan, təbiəti sevən gənclərin bu ölkənin gələcəyi və ümidi olduğu bir Türkiyəni ayağa qaldırmaq istəyirəm”. Həmin anların görüntüsünü təqdim edirik:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin