Ərdoğanla Putin arasında telefon danışığı oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, danışıq əsnasında Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbul görüşlərinin nəticələri müzakirə edilib.
Ərdoğan Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbulda müsbət və konstruktiv görüşünün sülhə olan ümidləri artırdığını, dialoqun davam etdirilməsinin vacib olduğunu deyib.
Vladimir Putin öz növbəsində Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.