fbpx

Ərinin ölümünü sifariş verən qadın barəsində verilən qərar AÇIQLANDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ərini sifarişlə öldürtdürməkdə ittiham olunan Əzizə Seyidova və qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev, Elnur Əliyev məhkəmə qarşısına çıxarılıblar.

Metbuat.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda müstəntiq təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilməsinin zəruri olduğunu bildirib.

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, hadisə martın 16-da Sabunçu rayonunda baş verib.

Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərinin #ölümünü #sifariş #verən #qadın #barəsində #verilən #qərar #AÇIQLANDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu