fbpx

Ətin qiyməti yenə bahalaşdı – VİDEO

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Tələbat çoxalır, qiyməti isə hər gün bir az da artır. Söhbət gündəlik qidalanmamızda əsas yerlərdən birini tutan ətdən gedir.

Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, vətəndaşlar bildirirlər ki, son bir neçə gün ərzində həm mal, həm də qoyun əti 2-3 manat bahalaşıb.

Hazırda mal ətinin 1 kiloqramının qiyməti 12 manatdan 14 manat 50 qəpiyə, qoyunun əti isə 15-16 manatdan 17-18 manata qədər artıb. Bahalaşma iri marketlərdə daha çox hiss olunur. Satıcılar da qiymətlərin artdığını təsdiqləyirlər. Onların sözlərinə görə, qış mövzsümü olmasına baxmayaraq, ətlik heyvanlar çətin tapılır. Satıcılar bildirirlər ki, bu cür davam edərsə, ətin 1 kiloqramı 20 manat və daha çox olacaq.

Rüya tabirlerini burdan oku

İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, qiymət artımını əsas səbəbləri yemin bahalaşması və otlaq sahələrinin azalmasıdır.

İqtisadçının sözlərinə görə, sözügedən amillər məhsulun maye dəyərinə birbaşa təsir göstərir və nəticədə ət hər gün bahalaşmaqda davam edir. Ekspert ilin sonuna doğru daha böyük qiymət artımının ola biləcəyini də istisna etmir.

Eldəniz Əmirov düşünür ki, qiymət artımının qarşısını almaq üçün məhsuldarlığın artırılması vacibdir. Yəni 1 hektar ərazidən hazırda əldə olunandan daha çox ot və yem ehtiyatı toplanarsa bu, mal-qaranın sayının da artmasına şərait yaradacaq.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ətin #qiyməti #yenə #bahalaşdı #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu