fbpx

1/4 final mərhələsi start götürür



Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək.

BEY.AZ bildirir ki, günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək.

Pireneylilər 1/8 finalda Gürcüstanı (4:1), meydan sahibləri isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırıb.

Erkən final kimi xarakterizə olunan görüş Ştutqart şəhərindəki “MHP Arena”da keçiriləcək.

Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar. Əvvəlki mərhələdə portuqaliyalılar Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), fransızlar isə Belçikanı (1:0) məğlub ediblər. Bu oyun Hamburqdakı “Folksparkştadion”da baş tutacaq.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.

AVRO-2024

1/4 final

5 iyul

20:00. İspaniya – Almaniya

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, “MHP Arena”.

23:00. Portuqaliya – Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin