fbpx

1 fənn üzrə 200 manat

BEY.AZ informasiya agentliyi xəbər verir


Yeni tədris ili valideynlərin qayğılarını artıb.

Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onların yüksək nəticə toplaması və ali məktəbə qəbul olmasıdır.

Abituriyentlər indi ya repititor yanına, ya da hazırlıq kurslarına göndərilir. Repititor və hazırlıq kurslarının qiymətləri də ötən illə müqayisədə artıb. Qiymətlər isə qrupdakı şagirdlərin sayından asılı olaraq dəyişir.

Fərdi qaydada repititor yanına getmək isə daha bahadır. Müəllimlər deyir ki, indi fərdi qaydada övladını hazırlığa qoyanların sayı elə də çox deyil. Bununla belə fərdi hazırlığın qiyməti 1 fənn üzrə 200-300 manat arasında dəyişir.

Repititorlarla yanaşı bəzi hazırlıq kurslarında da bu il qiymətlər artıb. Çəkiliş apardığımız hazırlıq kursunun rəhbəri Vüqar Məmmədov deyir ki, mərkəzdə fərdi qaydada abituriyent hazırlamırlar. Onlar dərsləri qurup halında, kompleks şəkildə tədris edirlər.

O da bildirildi ki, həm bəzi repititorlar, həm də hazırlıq kursları şəhid ailəsi üzvlərinə, sosial həssas kateqoriyadan olan şəxslərə müəyyən güzəştlər edirlər.

Daha ətraflı videoda:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#fənn #üzrə #manat

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin