1 manatın üzərindəki imza nə məna daşıyır?
BEY.AZ informasiya agentliyi xəbər verir
2022-ci ildə Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmov vəzifəsindən getdikdən sonra Azərbaycanın dövriyyədə olan milli pul nişanlarının üzərində Elman Rüstəmovun imzasının olması əsas müzakirə mövzularından birinə çevrilmişdi. Bu gün isə Mərkəzi Bank artıq manatın üzərində yeni sədr – Taleh Kazımovun imzası ilə manatı dövriyyəyə buraxıb.
Bəs kağız pulların üstündə sədrin imzası vacibdirmi?
Metbuat.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, pulların üstündə sədrin imzasının olması qanuni qayda deyil:
“Bu məsələ qanunda yoxdur. Amma qanuna görə, milli valyutanın əsginaslarının dizaynını Mərkəzi Bank müəyyən və təsdiq edir. Yəni bu məsələ tamamilə Mərkəzi Bankın səlahiyyətindədir. Hazırda dünya ölkələrinin bir qisminin əsginaslarında mərkəzi bankın sədrinin, maliyyə nazirinin, digər vəzifəli şəxslərin imzası var. Əvvəllər bunun əhəmiyyəti var idi, indi əhəmiyyəti yoxdur. Belə ki, əvəllər pul əsginası bir sənəd idi. Yəni o müəyyən miqdarda qızılın təqdim edilməsi üzrə öhdəlik idi”.
Ekspert bildirib ki, hazırda belə bir öhdəlik yoxdur. Ona görə bu, köhnəlmiş bir qaydadır, lakin bəzi ölkələrdə var:
“Bəzi ölkələrdə bu ənənə var, həmçinin bizdə də. Amma mən buna elə bir ehtiyac görmürəm. Xüsusilə də, Mərkəzi Bankın sədri də dəyişə bilər və s. Amma yenə də bu, Mərkəzi Bankın səlahiyyətindədir”.
Gülər Seymurqızı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#manatın #üzərindəki #imza #nə #məna #daşıyır