1 mövsümdə iki klubu çempion edən məşqçi gündəm oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyənin Aydın vilayətində 33 il həvəskar futbol məşqçisi olan 61 yaşlı Edalet Duman eyni mövsümdə iki komandanı çempion edib.
Metbuat.az xəbər verir ki, 2022-2023 həvəskar futbol mövsümündə “İşıklı Dəmirspor” ilə anlaşan məşqçi klubu qruplarda çempion edib. 1-ci Həvəskar liqada mövsümün sona çatmasından sonra Duman, 2-ci Həvəskar Liqa komandalarından olan “Efeler Ovaeymirspor “ilə anlaşıb. Dumanın klubu keçirdiyi bütün matçlarda qələbə qazanaraq, çempion olub. Onun klubu ən yaxın rəqibini 6 xal qabaqlayıb.
“Bir mövsümdə 2 komandanı çempion etmək mənim üçün böyük qürur mənbəyi oldu. Futbolda yüzlərlə oyunçunun yetişməsinə kömək etmişəm” – Edalet Duman deyib.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#mövsümdə #iki #klubu #çempion #edən #məşqçi #gündəm #oldu