10 gündə ən aşağı temperatur bu rayonda qeydə alınıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Respublikanın əksər bölgələrində yanvarın birinci ongünlüyündə hava şəraiti əsasən yağıntılı keçib. Havanın dekadalıq orta temperaturu çoxillik iqlim normasından 1-2º yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3º aşağı olması ilə səciyyələnib.
Metbuat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 6,1º, Qarabağ bölgəsi, Gəncə-Goranboy, Lənkəran-Astara, Mil-Muğan və Mərkəzi Aranda 4-5º, Şəki-Zaqatalada 3-4º, Qazax-Tovuzda 0.5-4º, Qubada 2º, Dağlıq Şirvan bölgəsində 1-2º isti qeydə alınıb.
Havanın minimum temperaturu Qubada 11º, Naxçıvan və İsmayıllıda 9º, Gədəbəy və Şamaxı 8º, Şəki və Ceyrançöldə 4º, Zərdab, Tərtər və Zaqatalada 3º, Göyçay, Lənkəran, Gəncə və Tovuzda 2º şaxta, Maştağada 0º təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#gündə #ən #aşağı #temperatur #rayonda #qeydə #alınıb