10 və 11 sentyabr tarixlərində…
Azərbaycanda sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir.
BEY.AZ xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən günəş aktivliyinin səviyyəsi artıb: “Kosmik aparatlar yerə yönələn tac kütlə atılmaları müşahidə edib. 10-11 sentyabr tarixlərində günəş aktivliyi M (R1-R2 – mülayim orta) və müəyyən ehtimalla X (R3 – güclü) səviyyədə olacaq”.
Qeyd olunub ki, hazırda geomaqnit qasırğası orta səviyyədədir: “Sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək. Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək”.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |