10 yaşlı qıza əxlaqsız etdiyi deyilən kişini tutanlar danışdı – “Qaçmağa çalışdı…”
Xətai Rayonu Zığ yolu 19 adlanan ünvanda sakinlər bir ağsaqqal kişini saxlayaraq, Polisə təhvil veriblər. Elə bu kadrlar da həmin vaxt ərazidəki vətəndaşlar tərəfindən lentə alınıb.
Metbuat.az xəbər verir ki, iddialara görə ağsaqqal məktəblilərə qarşı qeyri-etik hərəkətlər edir, onları kömək etmək adı ilə aldadıb özü ilə aparmağa çalışırmış. Son hadisə isə azyaşlı məktəbli bir qızın başına gəlib.
Hadisə 63 nömrəli tam orta məktəbin əhatəsində baş verib. Hazırda valideynləri narahat edən də elə budur ki, gün ərzində məktəbə yüzlərlə uşaq gəlir.
Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Xəzər Xəbər”ə bildirdi ki, polisə 10 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edilməsilə bağlı müraciət daxil olub.
Əməli törətməkdə şübhəli bilinən 65 yaşlı şəxs saxlanılıb.
Faktla bağlı araşdırmalar hazırda da davam etdirilir.
Xəzər TV-nin mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
https://www.youtube.com/watch?v=uq9fdOlQq0k