fbpx

100 yaşlı israilli həkim uzunömürlü olmağın sirrini açıqladı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



100 yaşlı israilli həkim Hovard Taker uzunömürlü olmağın sirlərini açıqlayıb.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, 1922-ci ildə anadan olan həkim hazırda 101 yaşındadır. 1947-ci ildə – 25 yaşında ikən nevroloq kimi fəaliyyətə başlayan Hovard Taker bu gün də çalışmaqda davam edir. Artıq onun bu sahədə 75 ilə yaxın təcrübəsi var.

Hazırda xəstəxanada rezident həkimlər hazırlayan praktik cərrah – 100 yaşlı Hovard Taker Ginnesin Rekordlar Kitabına da düşüb. O, pasiyentlərinin tez-tez verdiyi “bu yaşda sağlam və şən qalmaq üçün nə etmək lazımdır” sualını cavablandırıb.

Hovard Taker hesab edir ki, uzun müddət yaşamaq və sağlam qalmaq üçün beş prinsipə riayət etmək lazımdır.

Rüya tabirlerini burdan oku

Birincisi, 100 yaşlı nevroloq hesab edir ki, təqaüdə çıxmaq üçün tələsməyə ehtiyac yoxdur. Əgər gördüyünüz işi sevir və hələ də işləyə bilirsinizsə, təqaüdə çıxmağı təxirə salın. Çünki təqaüdçülərin çoxu gündəlik həyatda daha az aktivdir. Bu isə o deməıkdir ki, tez təqaüdə çıxmaq koqnitiv zəifləmə riskini artırır.

İkincisi, mümkün qədər özünüzü formada saxlayın. 90 yaşına qədər üzgüçülük, qaçış, xizəksürmə ilə məşğul olması Takerə uzun müddət güclü və sağlam qalmağa imkan verdi. İndi həkim demək olar ki, hər gün orta sürətlə beş kilometr qaçır.

Üçüncüsü, uzun müddət yaşamaq üçün siqareti mütləq buraxmaq mütəlqdir.

Dördüncüsü, insan özünü çox məhdudlaşdırmamalıdır. Qadağalar bizə həyatı tam şəkildə yaşamağa imkan vermir. Ona görə də Taker vaxtaşırı özünə bifştekslə bir stəkan martini işməyə icazə verir. Bununla yanaşı, o, bol göyərtli və tərəvəzli müxtəlif qidalar, eləcə də tez-tez brokkoli və Brüssel kələmi salatı yeyir.

75 il təcrübəsi olan nevroloq kimi Taker öyrətməyə davam edir və özü də tələbələrindən nələrsə öyrənir.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#yaşlı #israilli #həkim #uzunömürlü #olmağın #sirrini #açıqladı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu