fbpx

1001 dərdin dərmanı gicitkənin faydaları

BEY.AZ informasiya agentliyi xəbər verir


Çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Tərkibindəki zəngin maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb edib. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılıb. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir.

Metbuat.az saglamolun.az-a istinadən gicitikanın faydalarını təqdim edir:

Bü cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılıb. Urtica — latınca «yandırmaq», «dalamaq» mənasını bildirir. Gicitkənin yarpaq və gövdələrinin üstü silisium və qarışqa turşusu ilə dolu sıx tükcüklərlə əhatə olunmuşdur. Bu tükcüklərin ucu iti və kövrəkdir. Bitkiyə toxunduqda ani halda tükcüklərdən bir neçəsi dərinin toxumasına batır və ucları asanlıqla qırılır. Elə bu vaxt silisium və qarışqa turşusunun qarışığından ibarət çox kəskin yandırıcı və dalayıcı xüsusiyyətə malik maye dərinin içərisinə daxil olur.

Gicitkən qiymətli dərman bitkisidir. İstər xarici ölkələrdə, ‘istərsə də respublikamızda gicitkən dərman-bitkisi kimi işlədilir. Polşa xalq təbabətin71 də ondan qankəsici kimi, qara ciyər xəstəliklərində, oynaqlarda baş verən revmatizm əleyhinə və başda tükün tökülməsinə qarşı geniş istifadə olunur. Bolqarıstan və Almaniyada qanazlığına, ateroskleroza, əzələ və oynaq revmatizminə, suçiçəyinə, böyrək və sidik kisəsi soyuqdəymələrinə, qara ciyər, öd kisəsi, mədə-bağırsaq spazmalarma, həmçinin, babasil, dəridə baş verən göbələk və s. xəstəliklərə qarşı müvəffəqiyyətlə istifadə edilir. Fransada uzunsürən kəskin xroniki bağırsaq iltihabında, eləcə də vərəm, dizenteriya və s. xəstəliklərin müalicəsində işlədilir. Cavan gicitkən yarpaqlanndan alman şirədən öd yollarında əmələ gələn daşlarn əridilməsində, eləcə də qara ciyərin soyuqlamasında və iflicə qarşı istifadə olunur. Kökündən və toxumlarından hazırlanmış cövhərin şəkərlə qanşığı böyrək və öd yollarında çoxdan kök salıb bərkimiş daşların əridilməsinə kömək edir. Həvəngdəstədə döyülüb əzilmiş gicitkəndən oynaqlarda və eləcə də əzələlərdə əmələ gələn revmatizmə və radikulitə qarşı yapışdıncı məlhəm kimi istifadə edilir. Gicitkəndən hazırlanan preparatlardan babasil xəstəliklərində baş verən qanaxmalarda, mədə yaralarında, vitamin çatışmazlığında geniş istifadə olunur. Bu xəstəliklərin sağalmasına kömək edən onun tərkibində olan C, Кvitaminləri, karotin və xlorofıll birləşmələridir. К vitamini qankəsicidir. Xlorofıl orqanizmin həyat fealiyyətini gücləndirir, maddələr mübadiləsini yüksəldir, uşaqlığın tonusunu artırır, mədə-bağırsaq, ürək-damar sistemlərinin normal işləməsinə şərait yaradır. Orqanizmin yeni toxumalarla təmin olunmasında və eləcə də toxuma pozuntularının qarşısını almaqda böyük rol oynayır. Bir sözlə, xlorofıl orqanizmdə baş verən normal həyat fəaliyyətinin nizamlanmasında əsas rol oynayır.

Gicitkənin yarpaq və kökündən müalicə preparatlannı hazırlamaq üçün lazım olan xammah may-iyul aylarında, çiçəkləməsinin axırına yaxın toplamağı məsləhət görürlər. Gicitkəndən hazırlanan preparatlardan istifadə etməzdən əvvəl həkimlə məsləhət edin. Qızdırma zamanı doğranmış gicitkən kökünə sarımsaq qatıb suda qaynadırlar. Alınmış cövhər xəstənin bədəninə sürtülür və gündə 3 dəfə bir xörək qaşığı qəbul edilir. Gicitkən toxumalarından hazırlanmış cövhər insan və heyvanlarda həvəsi artırır. Ondan hazırlanmış vanna isə məxmər xəstəliyinə, tərləmə əleyhinə və günəş istiliyi nəticəsində bədəndə əmələ gələn yanıqlann müalicəsinə kömək edir. Uşaqlıq və eləcə də kəskin aybaşı qanaxmalarında. Cavan zoğ və yarpaqlanndan alınmış şirədən bir çay qaşığı həcmində stəkanm 1/4 hissəsi qədər suyun üzərinə töküb yeməyə 15-20 dəqiqə qalmış gündə 3 dəfə qəbul edin. Müalicə kursu 7 gündür.

Zəhərlənmə zamanı baş verən qanaxmalarda. 3 xörək qaşığı təzə kök və zoğu 1 stəkan suya töküb 1 saat dəmlədikdən sonra süzün. Gündə 3 dəfə stəkann 1/4 hissəsi qədər yeməyə 30 dəqiqə qalmış qəbul edin. Müalicə müddəti 2-3 gündür. Bir sıra xarici ölkələrdə yarpağından alınan şirəsindən tüklərin dibinin möhkəmləndirilməsində, qovağın təmizlənməsində, cövhərindən isə daşlaşmaya qarşı işlədilir. Ziyili də müalicə edirlər.

Materialın hazırlanmasında “XXI əsrin dərman bitkiləri” nəşrinə istinad olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#dərdin #dərmanı #gicitkənin #faydaları

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin