fbpx

11 yaşlı Səmədin batdığını görəndə özünü itirib və oradan uzaqlaşıb



Cəlilabadda su anbarında batan 11 yaşlı uşaqla bağlı təfərrüat məlum olub.

BEY.AZ-ın APA-ya istinadən məlumatına görə, Cəlilabad rayon Gülməmmədli kəndi ərazisində yerləşən İncəçay su anbarında uşaq boğularaq ölüb.

Suda batan şəxs Cəfərxanlı kənd sakini 11 yaşlı Səməd Amil oğlu Mənsurov öz həmyaşıdı ilə çimmək üçün sözügedən əraziyə gəlib. İlk olaraq suya daxil olan Səməd boğulma təhlükəsi ilə üzləşib.

Bunu görən digər yeniyetmə özünü itirib və oradan uzaqlaşıb. Hadisə yerinə əvvəlcə kənd sakinləri gələrək batan şəxsin xilas etmək məqsədi ilə suya daxil olublar. Lakin onu suda tapa bilməyiblər.

Paralel olaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırılıblar.

Xilasedicilərin köməyi ilə uşağın meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.








MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin