fbpx

1100 Azərbaycan vətəndaşı Kiyevdən yola salınıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün 1100 Azərbaycan vətəndaşı Kiyevin dəmir yolu vağzalından qatarla Mogilyov-Podolsk şəhərinə yola salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikasının vətəndaşları üçün planlaşdırılan qatara minik biletsiz, canlı növbə əsasında həyata keçirilib.

Ukraynanın Vinnitsa vilayətinə daxil olan Mogilyov-Podolsk şəhəri Moldova ilə sərhəddə yerləşir. Son məntəqəyə çatdıqdan sonra vətəndaşlarımızın Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Onlar Moldova ərazisində yarana biləcək məsələlərlə bağlı Azərbaycan Respublikasının Moldovadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər:

+373 781 81 361

+373 789 91 849

+373 222 32 277

[email protected]




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin