12 il əvvəl baş vermiş cinayət işinin ÜSTÜ AÇILDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş növbəti ağır cinayətin üstü açılıb.
Metbuat.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və DİN-in birgə məlumatında qeyd edilib.
Belə ki, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır. Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur. Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun, onun ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə cəzasını çəkib qurtardıqdan sonra 18 noyabr 2010-cu il tarixdə qisas almaq məqsədilə sonuncu ilə görüşərkən aralarında yaranmış mübahisənin gedişində gəzdirdiyi dəmir çəliklə qəsdən bir dəfə baş nahiyəsinə zərbə vuraraq sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirmiş, qeyd olunan xəsarətin təsirindən Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölmüşdür. Toplanmış mötəbər sübutlar əsasında Telman Məcidova Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.