fbpx

“132 milyon manat yemək olar?!”

“132 milyon manat yemək olar? Sırf texniki olaraq, cahilliyimdən soruşuram. Bu ölkədə bir (qeyri-etik ifadə) “butka”nı yol kənarına qoyub tum satmaq olmur. 132 milyon manat? 132 milyon?!”. 

Bey.az olaya istinadən xəbər verir ki, bu sözləri feysbukda bəstəkar-müğənni Murad Arif paylaşıb. O, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərovun 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunmasına toxunub.

Muradın həmin statusuna digər məşhurlar da rəy bildirib. Müğənni Nura Suri “Bayaqdan fikir aparıb məni, hara xərcləyib?”, – deyə, vurğulayıb. Aparıcı Turan İbrahimov isə “Nəticə göstərir ki, yemək olmurmuş” şərhini qeyd edib. 

Qeyd edək ki, M. Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin