fbpx

“138 gündür qarda və yağışda etiraz edən gənclərimizə böyük təşəkkür düşür”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Laçın-Xankəndi yolunda etirazın müvəqqəti dayandırlması doğru qərardır”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Elxan Şahinoğlu edib. Onun fikirlərinə görə, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yaradıldıqdan sonra etirazın davamına ehtiyac qalmırdı.

“Etirazın strateji baxımdan Azərbaycan üçün böyük faydası oldu. Birincisi, erməni separatçılarının və İrəvanın bölgədə yerləşən Rusiya hərbi kontingentinə olan böyük ümidləri puça çevrildi. Ümid edirdilər ki, rusiyalı hərbçilər etirazı ilk gündən dayandıracaqlar. Rusiya hərbi kontingenti Kremldən aldığı təlimat əsasında Azərbaycan vətəndaşlarıyla qarşıdurmadan çəkindi. İkincisi, etiraz başladıqdan sonra ermənilər yataqlarımızda istismar etdikləri zənginlikləri artıq istədikləri kimi Emənistana daşıya bilmirdilər. Əlbəttə, Rusiyanın nəqliyyat vasitələrində gizli daşınma davam edə bilərdi, ancaq əvvəlki həcmdə daşımaq ermənilər üçün risqli idi. Nəhayət, üçüncüsü, gənclərin yoldakı etirazı Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasını aktuallaşdırdı və buna nail olundu. 138 gündür ağır iqlim şəraitində, qarda və yağışda etiraz edən gənclərimizə böyük təşəkkür düşür. Əziyyətiniz hədər getmədi”.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiyanın iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib.

Ekofəallar bildiriblər ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizminin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi onları çox sevindirib.

Buna baxmayaraq, ekofəallar qeyd ediblər ki, aksiya hədəfə tam olaraq çatmayıb. Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı kontingentin komandanlığından tələb etdiklərini bir daha vurğulayıblar. Daha sonra ekofəalların qəbul etdikləri qərar bir qədər əvvəl açıqlanıb və aksiyanın iştirakçıları olan qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin bəyanatı oxunub.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#gündür #qarda #və #yağışda #etiraz #edən #gənclərimizə #böyük #təşəkkür #düşür

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu