fbpx

14 yaşlı qızını “biabırçılığa son qoymaq üçün öldürdüm” deyən ana niyə əfv edildi?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanda Müstəqillik Günündə əfv sərəncamı ilə azadlığa qovuşan məhkumlardan biri də Züleyxa Cəfərovadır.

Züleyxa Cəfərova 2016-cı ildə 14 yaşlı qızını boğaraq öldürməkdə təqsirləndirilərək həbs edilmişdi. Onun əfv edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət sosial şəbəkələrdə qadının fotosunu paylaşaraq, öz övladını öldürən ananın azadlığa çıxmasının doğru olmadığını söyləyiblər.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, bu barədə danışan Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevin sözlərinə görə, əfvlə bağlı müraciət edən məhkumların siyahısı müəyyənləşdirilmiş kriteriyalara uyğun tərtib edilərək prezidentə təqdim olunub.

Rüya tabirlerini burdan oku

Ə. Nuriyev deyib ki, Züleyxa Cəfərova haqqında rəy verilərkən humanizm prinsipləri və qeyd edilən kriteriyalar nəzərə alınıb:

“Ananı bu cinayəti törətməyə məcbur edən situasiyanı düşünmək lazımdır. Mən məhkumla bağlı detalları qeyd edə bilmərəm. Amma cinayət işinin materialları, detalları ilə tanış olanlar bu qərarın tərəfdarı olarlar. Sərəncam çıxandan sonra həmin şəxsin yaşadığı ərazidən mənə zənglər gəldi, prezidentin qərarını təqdir edərək, təşəkkürünü bildirənlər çox oldu. Bildiyimizə görə, qadın çox ləyaqətli, namuslu qadındır. Mənə daxil olan müraciətlərdə bu barədə danışırdılar. Onsuz da qadın övladını öldürməyinin əzabını bütün ömrü boyu çəkəcək.

Əfv komissiyasının üzvləri yetərincə tanınmış, cəmiyyətdə nüfuz sahibi olan şəxslərdir. Məhkumlarla bağlı rəy hazırlayarkən bütün məqamları düşünürlər. Bir məhkumun müraciətinə baxılanda çoxlu məsələlər nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmişlərin mövqeyi, çəkdiyi cəza, ailə vəziyyəti, cinayət hansı şəraitdə baş verib, cəmiyyət buna nə reaksiya verə bilər və s. nəzərə alınır. Ən vacib məsələ humanizmdir. Dediyim kimi, övladını qətl etmək onsuz da ən böyük cəza və əzabdır, onun həbsdə qalması nə verəcəkdi? Amma digər iki övladı var, nəzərə almaq lazımdır. Bir neçə nəfər fərqli fikir söyləyirsə, bu çoxluğun fikri deyil”, – deyə komissiya üzvü vurğulayıb.

Qadını həbsə aparan cinayətin tarixçəsi…

Qeyd edək ki, ittihama görə, Züleyxa Cəfərova yetkinlik yaşına çatmayan 14 yaşlı qızı Elsanə Cəfərovanın başqa oğlanlarla, habelə qohumu Fuad Heydərovla mütəmadi olaraq yaxınlıq etməsindən, iradlarına əhəmiyyət verməməsindən hiddətlənərək 2016-cı ilin avqust ayının 3-də yaşadığı Balaxanı qəsəbəsindəki mənzildə onu yaylıqla boğaraq qətlə yetirib.

Təqsirləndirilən Züleyxa Cəfərova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, hadisə zamanı özündə olmadığını deyib. Z.Cəfərova ifadəsində xadimə işlədiyini, Anar Ağayevlə 2001-ci ildə ailə həyatı qurduğunu, birgə nikahdan üç övladları olduğunu, həyat yoldaşının ilk dəfə qızı Elsanə 3 aylıq olarkən oğurluq törətdiyinə görə həbs edildiyini göstərib. Əri A.Ağayev 2006-cı ildə azadlığa çıxandan sonra yenidən cinayət törətdiyinə görə 2013-cü ildə həbs olunub.

Z.Cəfərova qeyd edib ki, hadisədən bir müddət əvvəl qızı sancılandığına görə onu xəstəxanaya aparıb. Həmin vaxt 14 yaşlı Elsanəni müayinə edən həkimlər ona qızının bakirə olmadığını deyiblər:

“Elsanə dedi ki, hamamda yıxılıb. Həkimlər isə dedilər ki, bu hadisə hamamda yıxılmaqla deyil, əvvəldən baş verib”.

Bundan sonra ana dəfələrlə qızından kiminlə yaxınlıq etdiyini soruşub. Lakin E.Cəfərova heç kimlə yaxınlıq etmədiyini deyib. Qızının sözlərinə inanmayan qadın onun cinsi zorakılığa məruz qalıb-qalmamasını müəyyən etmək üçün 14 iyul 2016-cı ildə ərizə ilə Sabunçu Rayon Prokurorluğuna müraciət edib. E.Cəfərova məhkəmə-tibb ekspertizasından keçirilib. Məhz bundan sonra E.Cəfərova anasına 2015-ci ilin noyabr ayında bibisi oğlu Fuad Heydərovun ona təcavüz etdiyini deyib.

Qızının zorlanması ilə bağlı 3 avqust 2016-cı ildə Sabunçu Rayon Prokurorluğuna şikayət edən Z.Cəfərova elə həmin gün sözügedən cinayəti törədib:

“Yolda gələrkən Elsanə Fuadla dəfələrlə yaxınlıq etdiyini dedi. Onun sözlərindən əsəbiləşdim. Dedim ki, əgər belədirsə, deməli, sən əxlaqsızsan, səni ömür boyu bağışlamayacağam. O isə Fuadla cəmi bir dəfə yaxınlıq etdiyini, ona ağır cəza verilməsin deyə belə dediyini bildirdi. Elsanəyə ikibaşlı danışmamağı, hər şeyi olduğu kimi etiraf etməsini söylədim. O isə qışqır-bağır salıb “məndən nə istəyirsən, əl çək məndən, bezdirmisən” deyib əlini daşa-divara çırpdı, məni təhqir etməyə başladı”.

“Qətlin səbəbkarı bacım oğludur”

Məhkəmə zalında Fuad Heydərovun şahidlər arasında olduğunu görən zərərçəkmiş Anar Ağayev onun azadlıqda gəzməsinə irad bildirib. O, həyat yoldaşının törətdiyi cinayət barədə bunları deyib:

“Bu qətlin əsas səbəbkarı bacım oğlu Fuaddır. Bu adam niyə çöldə gəzməlidir? Həyat yoldaşım düz eləyib, neyləməli idi? Məcbur qalıb öldürüb. Mənim etməli olduğum işi o edib. Buna görə ona “sağ ol” deyirəm. Əgər azadlıqda olsaydım mənim qızımın başına bu oyunu gətirməzdilər. Özüm iki dəfə günahsız yerə həbs edilmişəm. Üç il idi ki, türmədəydim. Ailəmdə baş vermiş bu faciəni azad olunmağıma bir ay qalmış eşitmişəm. İnşallah, mənim özümü gətirərsiniz bura. Mən özüm Fuadın başına oyun açacağam”.

Şahid qismində dindirilən Pərvanə Ağayeva ifadəsində oğlu Fuadın Elsanə ilə heç bir münasibətinin olmadığını deyib: “Belə bir şey olmayıb. Gəlib yalvardı ki, bizi bu bəladan qurtarın. İstəyirdilər qızlarını alaq, biz də razılaşmışdıq, onun dediyini eləyəcəkdik. Hardan bilərdik ki, gedib uşağını boğub öldürər. Burda günahsız olan bizik”.

“Mənə dedi ki, boynuna götürməsən, atası ikimizi də öldürəcək”

Şahid qismində ifadə verən Fuad Heydərov olan qarşı Cinayət Məcəlləsinin 150.2-ci maddəsi ilə cinayət işi başlanıldığını, ötən ilin dekabr ayında həbsdən buraxıldığını deyib:

“Anam mənə dedi ki, Züleyxa deyir başımıza belə bir iş gəlib. Dedim ana, özləri bilərlər. Züleyxa bizə gəlib məni görən kimi əl-ayağa düşdü ki, bizi bu dərddən qurtar. Yoxsa Anar türmədən çıxıb məni də, qızımı da öldürəcək. Deyirdi ki, mən boynuma götürsəm, Anar heç nə etməyəcək. Mən də razılaşdım. Sonradan şikayət etdi, daha sonrasa qızını öldürdüyünü eşitdim”.

“Biabırçılığa son qoymaq üçün öldürdüm”

O, ifadəsində əzab-əziyyətlə böyütdüyü qızının hərəkətlərinə dözmədiyini, onu bu biabırçılığa son qoymaq üçün öldürdüyünü deyib: “Elsanə sözəbaxan deyildi. Fikirləşirdim ki, uşaqdır, böyüyər, ağlı başına gələr. Lakin getdikcə tərsləşirdi, məni saymırdı, kobud cavab verirdi. Hadisə ərəfəsində isə məni lap özümdən çıxartdı. Bir anlıq bu biabırçılığa son qoymaq üçün onu öldürmək qərarına gəldim və öldürdüm”. (Modern.az)



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu